Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərdən qorunması

Bu ilin 24-25 oktyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərdən qorunması” adlı layihə həyata keçirilmişdir. Layihənin rəsmi açılış mərasimi 24 oktyabr saat 11:00-da başlanmışdır. Layihənin əsas məqsədi silahlı münaqişələr və fövqəladə hallar baş verdikdə mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərin keçirilməsi, təhlükəsiz evakuasiyanı təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.

Tədbirdə, müxtəlif qurumlar tərəfindən ölkəmizdə görülən işlər haqqında ətraflı məlumat verilmişdir.

Sözügedən təqdimat mərasimi çərçivəsində YUNESKO və Beynəlxalq Muzeylər Şurasından (ICOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə 2 günlük seminar açılışı da planlaşdırılmışdır. Seminar çərçivəsində müxtəlif regionların, həmçinin sərhədyanı bölgələrin muzey əməkdaşlarına fövqəladə hallarda mədəni sərvətlərin düzgün evakuasiyasına dair müvafiq təlimatlar verilmişdir.

Həmçinin mərasimdə layihə çərçivəsində yaradılmış veb sayt və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi), YUNESKO və Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlıq çərçivəsində nəşr olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabının da təqdimatı keçirilmişdir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan bu layihə YUNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən həyata keçirildi

 

 

Muzey və Kolleksiyaların Qorunması və Təbliğ edilməsi, Onların Müxtəlifliyi və Cəmiyyətdəki rolu ilə bağlı Tövsiyə The Role of the World Museum Community in the Protection of Cultural Heritage Property “Mədəni sərvətlərin silahlı münaqişələr və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı seminar İştirakçılarının siyahısı